Kilkəli Plov

Kilkəli Plov

Kilkəli Plov

Ərzaqlar

  • 500 qr baldo düyüsü (düyünün bir növüdür)
  • 800 qr kilkə balıq
  • 100 qr kərə yağı
  • 1 qəhvə fincanı kişmiş
  • 1 qəhvə fincanı fıstıq
  • 1 soğan
  • 1 pomidor
  • 3 su stəkanı ət suyu
  • 1 ədəd cəfəri
  • 1 ədəd Şüyüd
  • 1 ədəd təzə Nanə
  • Duz , istiot, yenibahar

Hazırlanması

  1. Düyünü ilıq duzlu suda 30 dəqiqə saxlayın.
  2. 2-3 dəfə yuyub süzün.
  3. Pomidor və soğanı kiçik kublar halında doğrayın.
  4. Kişmişi isti suda saxlayıb süzün.
  5. Kərəyağını qazanda əridib soğanı qızardın.
  6. Fıstığı əlavə edərək qızarana qədər qovurun.
  7. Kişmişi və düyünü əlavə edib qovurmağa davam edin.
  8. Ət suyu , pomidor , duz və ədviyyatları əlavə edib qarışdırın.
  9. 1-2 dəqiqə qaynadıqdan sonra ocaqdan götürüb şüyüd, cəfəri və təzə nanəni doğrayıb  hazırladığınız plova əlavə edin.
  10. Düyüləri çox əzmədən dəmlənməyə qoyun.
  11. Kilkələrin yarısını yağlanılmış nimçəyə düzün.
  12. Üzərinə hazırladığınız plovu qoyun və qalanını kilkənin kənarlarına düzün.
  13. Orta istilikli sobada kilkələr qızarana qədər bişirin və çalışın o üz bu üzlü bişirin. Nuş olsun!

Hakkında:  Bişirilməsi asan olmasada çox ləzzətli yeməklərdən sayılır.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10