
Kilkə balığından dolma
Kilkə balığından dolma
Ərzaqlar:
- 1 kiloqram kilkə balığı
- 1 baş quru soğan
- 0,5 dəstə incə doğranmış ispanaq
- 2 diş döyülmüş sarımsaq
- Qara bibər
- Pul bibər
- Duz
Qızartmaq üçün:
- 2 yumurta
- 2 stəkan qarğıdalı unu və ya adi un
- 0,5 stəkan günəbaxan, kərə və ya zeytun yağı
Hazırlanması:
- Kilkə balıqlarının başlarını və qılçıqlarını ayırın, yuyun, duzlayın və suyunun süzülməsi üçün süzgəcə qoyun.
- Soğanı incə şəkildə doğrayın, ispanaq, sarımsaq və bibər əlavə edib qarışdırın.
- Təmizlənmiş və ortadan ayrılmış kilkənin içinə həmin qarışığından bir çay qaşığı qoyun, sonra balığın açılmş qarnını birləşdirin.
- Kilkəni əvvəlcə una, sonra da çırpılmış yumurtaya batıraraq qızğın yağda qızardın.
- Kilkə dolması süfrəyə verilərkən qırmızı soğan, kiçik duzlu xiyar və ya kahı əlavə edilərsə, daha dadlı alınar.
Nuş olsun!
Hakkında: Bu yemək Türkiyənin Qara dəniz sahillərində ən sevilən yeməklərdən biridir və “hamsi dolması” adı ilə məşhurdur.
ən son şərh