Kiftəli Makaron

Kiftəli Makaron

Kiftəli Makaron

Ərzaqlar:

  • 1 paket yumurtalı spagetti
  • 250 qr ət maşınından keçirilmiş dana əti
  • 1 soğan
  • 1 yumurta
  • 2 xörək qaşığı ət suyu
  • 2 su stəkanı pomidor əzməsi
  • 2 xörək qaşığı bayat çörək içi
  • 2 xörək qaşığı zeytunyağı
  • 3-4 dəstə cəfəri
  • 1 xörək qaşığı rəndələnmiş yağsız pendir
  • 1 dəstə təzə nanə, duz

Hazırlanması:

  1. Soğanın qabığını soyun 1 xörək qaşığı yağ və 2 xörək qaşığı su ilə yüngülcə bişirin.
  2. Ətin suyunda isladılmış və sıxılmış çörək içini xırda doğranmış cəfəri, yumurta və pendir ilə qarışdırın.
  3. Duz və ət maşınından keçirilmiş dana ətini əlavə edib qarışdırın. Fındıq böyüklüyündə küftələr edin sonra qızardın.
  4. Pomidoru nanə ilə birlikdə 10 dəqiqə bişirin. Duz, qalan yağ və küftələri əlavə edib bir neçə dəqiqə daha bişirin.
  5. Makaronu duzlu suda qaynadın. Süzüb pomidor sousu və küftələr ilə qarışdırın.
  6. Təzə reyhan və ya nanə yarpaqlarıyla bəzəyib süfrəyə verin.


Hakkında – Kiftəli Makaron Turkiyədə çox sevilən yeməklərindən birindir. Bu yeməyi hazırlamaq çox asandır, əziyyətsizdir və vaxt aparmayan yemək növünə aiddir. Hazırlayıb və dadmanızı tövsiyə edirəm. İndidən nuş olsun.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10