
Kefirli giləmeyvəli keks
Ərzaqlar
- Kefir 150 qram
- 125 qram marqarin yağı
- 2 yumurta
- 200 qram şəkər
- 0,5 paket qabartma tozu
- 1,5 su stəkanı un
- 250 qram qırmızı qarağat
- 200 qram qara qarağat
Hazırlanması
- Əvvəlcə yağı otaq temperaturunda və ya mikrodalğalı sobada yumşaldın.
- Üzərinə yumurtanı, şəkəri, kefiri əlavə edin.
- Qabartma tozunu una qatıb kefirli kütləyə əlavə edin.
- Giləmeyvələri yuyun, qurudun və xəmirə qatıb qarışdırın.
- Xəmiri keks qablarına tam doldurmamaq şərti ilə bölüşdürün.
- Əvvəlcədən isidilmiş 180 dərəcəli sobada 30 dəqiqə bişirin.
Nuş olsun!
Kefirli giləmeyvəli keks şirniyyatı həm meyvəli, həm də kefirli şirniyyatdır
ən son şərh