Kefirli çiyələkli bahar keksi

Kefirli çiyələkli bahar keksi

Ərzaqlar

  • 90 gr (6 yemək qaşığı) kərəyağ (otaq temperaturunda yumşalmış)

     

  • 210 gr (1,5 su stəkanı) un

     

  • 6 gr (1,5 yemək qaşığı) qabartma tozu

     

  • 4 gr (yarım yemək qaşığı) duz

     

  • 200 gr (1 su stəkanı) şəkər tozu

     

  • 1 yumurta

     

  • 120 ml (1/2 su stəkanı) kefir (vəya süd, və ya ayran)

     

  • 1 yemək qaşığı vanil

     

  • 400 gr çiyələk (təmizlənmiş və ikiyə kəsilmiş)

     

  • 1 yemək qaşığı şəkər tozu (üzərinə səpmək üçün)

Hazırlanması

  1. Sobanızı 180 dərəcədə isidin.
  2. Keks qabınızın hər yerini yumşaq kərəyağı və ya marqarinlə yağlayın.
  3. Dibinə yağlı kağız sərin.
  4. Bir qaba qabartma tozu və unu tökün.
  5. Ayrı bir kasada kefir, yumurta və vanil çalın.
  6. Digər qabda yumşaq kərəyağı və şəkər tozunu təqribən 3 dəqiqə krem kimi olana qədər çalın.
  7. Çalmağa davam edərkən bir yandan kefiri əlavə edin.
  8. Qarışanda quru qarışımı da əlavə edin və qarışana qədər çalın.
  9. Xəmiri keks qabınıza tökün.
  10. Üzərinə çiyələkləri aralarında boşluq qoymadan düzün.
  11. 1 yemək qaşığı şəkər tozunu hər yerinə səpin.
  12. Sobada 10 dəqiqə bişdikdən sonra temperaturu 160 dərəcəyə salın.
  13. 1 saat bişdikdən sonra çıxarın.

Nuş olsun!

Kefirli çiyələkli bahar keksi meyvəli şiniyyat sevənlər üçün əla seçimdir.

 

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10