Katmer börək

Katmer börək

Katmer börək

Ərzaqlar

  • 2 yumurta (1 dənəsinin sarısı üzünə)
  • 2 çay qaşığı toz şəkər
  • 250 qr. kərə yağı
  • 1/2 su stəkanı süd
  • 1/2 su stəkanı su
  • Aldığı qədər un

Hazırlanması

  1. Yağdan başqa bütün ərzaqlar qarışdırılaraq qulaq məməsi yumşaqlığında bir xəmir edilər.
  2. Xəmir 12 parçaya bölünər.
  3. Eyni zamanda otaq istiliyindəki kərə yağı 12 parçaya bölünər.
  4. Xəmirlər tort qabı böyüklüyündə açılar.
  5. Hər birinin üzərinə kəsilmiş bir parça yağ qoyulub ikinci xəmir üzərinə qoyulacaq şəkildə 6 dənəsi üst-üstə düzülər.
  6. Digər 6 parçada eyni şəkildə hazırlanar və soyuducuda ən az 1 saat gözlədilər. (mən bunu ya gecədən edirəm, ya da səhər ən erkən xəmiri hazırlayıb, bütün işlər bitdikdən sonra son şəklini verirəm)
  7. iki parça halına gələn katmerli xəmirin hər biri böyük açılır. (təxmini olaraq yumru soba sinisi böyüklüyündə) Və hər biri 8 və ya 12 parçaya bölünər.
  8. Qalın tərəfə hazırlanan pendirli iç qoyulub (zövqə görə istədiyiniz başqa ətli, duzlu və ya şirin içiliklə də edə bilərsiniz) siqaret börəği kimi bükülür, 180 C də qızarıncayadək bişirilir.

     

Nuş olsun!

Hakkında katmer börəyi hazırlamaq asan olmasada çox ləziz dadı var.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10