Katalonski Konfeti

Katalonski Konfeti

Ərzaqlar

  • 100 qram ağ şokolad
  •  20 qram kərə yağı
  • 100 qram fındıq
  • 50 qram şəkər
  • 70 qram qara şokolad

Hazırlanması

  1. Qozu əvvəlcə tavada aşağı odda bir az qovurun. Sonra blendrlə xırdalayın.
  2. Şəkəri də tavada odda azca qovurun və üzərinə qozu əlavə edib qarışdırın və kənara soyumağa qoyun.
  3. Yenidən bu alınmış kütləni blendrlə xırdalayın.
  4. Ağ şokoladı kərə yağı ilə su vannasında əridin.
  5. Qozlu kütləni ağ şokolada qatıb yaxşı qarışdırın.
  6. Əllə kürə formasında şariklər hazırlayın.
  7. Içinə mütləq qoz qoyun. 10 dəqiqə buz dolabında saxlayın.Qara şokoladı su vannasında əridin və şokoladda fırladın. 15 dəqiqə soyuducuda saxlayın. Üstünü zövqə uyğun bəzəyə bilərsiniz.

Nuş Olsun!

Katalonski konfeti şokolad sevənlər üçün əla seçimdir.

 

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10