Kartoflu Qozlu Tort

Kartoflu Qozlu Tort

Kartoflu Qozlu Tort

Ərzaqlar

Xəmir üçün:

  • 6 orta boy kartof
  • 100 qr marqarin
  • 1 su stəkanı şəkər tozu
  • 5 yumurta
  • 1 çay stəkanı un halva halında
  • 200 qr çəkilmiş qoz
  • 1 paket qabartma tozu

İçlik üçün:

  • 1/2 lt süd
  • 2 paket krem şanti
  • 1 paket vanil
  • 1 yemək qaşığı darçın
  • 4 yemək qaşığı alma pürəsi
  • 4 yemek kaşığı şəkər

Hazırlanması

  1. Kartofları yuyub qabıqları ilə qaynadın.
  2. Soyuduqdan sonra qabıqlarını təmizləyib rəndələyin.
  3. Marqarini əridərək şəkərlə birlikdə köpürənədək çırpın.
  4. Yumurtaları tək-tək əlavə edin.
  5. Çəkilmiş qoz, qabartma tozu və rəndələnmiş kartofları əlavə edərək qarışdırın.
  6. Hazırladığınız xəmiri yağlanmış unlanmış qəlibə tökərək 180 dərəcə isidilmiş sobada bişirin.
  7. Bir az soyuduqdan sonra qəlibdən çıxarın.
  8. Alma pürəsini hazırlamaq üçün, bir almanı rəndələyib öz suyu ilə yüngülcə bişirin. Krem şantini südlə çırpın.
  9. Darçın, alma püresini vanil ilə qarışdırdıqdan sonra soyumuş keksin üzərinə sürün.
  10. Süfrəyə soyuq təqdim edin.

Nuş Olsun!

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10