Kartoflu Qabaq Dolması

Kartoflu Qabaq Dolması

Kartoflu Qabaq Dolması

Ərzaqlar

  • 1 qabaq
  • 3-4 kartof
  • 200 q toyuq qiyməsi
  • 1 x.q. un
  • 1 soğan
  • 1 ədəd əridilmiş pendir kubiki
  • duz
  • istiot
  • 1 yumurta
  • bitki yağı

Hazırlanması

  1. Kartofu təmizləyin, yuyun, sürtgəcdən keçirin.
  2. Un, yumurta, duz, istiot, qiymə əlavə edin, qarışdırın.
  3. Soğanı xırda doğrayıb bitki yağında qovurun. Qiyməyə əlavə edin.
  4. Qabağı 4-5 sm hündürlükdə «stəkanlar»a doğrayın.
  5. Dibini saxlamaqla içini oyub çıxarın. Kartoflu-qiyməli içi qabağın içinə doldurun.
  6. Siniyə yığın. Üstünə əridilmiş pendir dilimi qoyun. Mayonez çəkin.
  7. 185 dərəcə qızdırılmış sobada 1,5 saat bişirin. Süfrəyə tomat sousu, xama ilə verə bilərsiniz..

Haqqında: kartoflu qabaq dolması sevilən dolmalardan birindir. Nuş olsun!

 

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*