Kartof Dolması

Kartof Dolması

Kartof Dolması

Ərzaqlar

  • 1 kq kartof
  • 1 kq hisə verilmiş ət (toyuq və ya mal)
  • 200 q pomidor
  • 50 q pendir
  • göyərti
  • mayonez
  • duz
  • istiot

Hazırlanması

  1. Kartofu qabıqlı olaraq duzla suda bişirin.
  2. Soyudub təmizləyin. İki yerə bölün. Çay qaşığının köməyi ilə ortasını oyun.
  3. Oyduğunuz kartofu kubik doğrayın.
  4. Hisə verilmiş əti kubik doğrayın.
  5. Göyərtini xırda doğrayın.
  6. Pomidoru kubik doğrayın.
  7. Kubik doğradığınız kartofu, əti, pomidoru və göyərtini qarışdırın.
  8. Azca duz, istiot, mayonez vurub qarışdırın.
  9. Kartofların içini doldurun.
  10. Pendiri sürtgəcin xırda gözündən keçirib kartofların üstünə səpin. Siniyə düzüb 180 dərəcə qızdırılmış sobada üstü qızaranadək bişirin.

     

Haqqında: kartof dolması sevilən dolmalardan birindir. Bu dolmanı hazırlamaq çoxda çətin deyil. Nuş olsun!

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10