Karacabey Mantısı

Karacabey Mantısı

Karacabey Mantısı

Ərzaqlar

  • 1 paket hazır qaracabəy mantısı
  • 1 ədəd bişmiş bütöv toyuq
  • 1 kasa bişmiş noxud
  • 500 qram sarımsaqlı qatıq
  • 3 xörək qaşığı kərə yağı
  • Pul bibər
  • Qara bibər
  • Duz

Hazırlanması

  1. Bütöv toyuğu 2 xörək qaşığı kərə yağı, duz, qara bibərlə yaxşıca buğa verin.
  2. Bəzi tərəflərdə bu prosesə “buğlama” da deyilir.
  3. Qaracabəy mantısını şüşə qaba düzün, sobada bir az isidin, sonra üzərinə qaynanmış toyuq suyu (bulyon) tökün.
  4. Toyuq ətini mantıların üzərinə didib tökün və yenidən sobaya qoyaraq suyu çəkilənə qədər qabı fırladaraq bişirin.
  5. Qabı sobadan çıxarandan sonra təamın üzərinə sarımsaqlı qatıq, bir xörək qaşığı kərə yağında qızardılmış pul bibər tökün.

Haqqında:  Bişirilməsi çox asan və çox ləzzətli yeməklərdən sayılır.Nuş olsun!

 

 

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10