Kabsa

Kabsa

Kabsa

Ərzaqlar:

  •  Qoyun əti – 500 qram
  •  Düyü – 4 fincan
  • Sürtgəcdən keçirilmiş kök – 1 fincan
  • Tomat pastası – 1 xörək qaşığı
  • Kiçik soğan – 1 ədəd
  • Sarımsaq – 1 xörək qaşığı (əzmək)
  • Ərinmiş yağ – 2,5 xörək qaşığı
  • Ədviyyat 1/8 xörək qaşığı (zərdəçal, qara istiot, istiot, darçın, üyüdülmüş keşniş toxumu, üyüdülmüş mixək, razyana
  • toxumunun tozu, zəncəfil tozu)
  • Duz – 3 çay qaşığı


Hazırlanması:

  1. Əvvəlcə soğanı ərinmiş yağda bir dəqiqəlik qızardın, sonra əti əlavə edin və duz-istiot əlavə edin.
  2. Hər şey qəhvəyi rəngini alanadək qızarmalıdır. Sonra ətin üzərini 2 sm. örtəcək qədər su əlavə edin. Indi isə qapağı örtün  və yarım saat ərzində bişirin (suyunu süzməyin).
  3.  Yarım saatdan sonra digər tavada əzilmiş sarımsağı bir neçə saniyəlik qızardın. Kök əlavə edin, bir dəqiqə bişirin və sonra üzərinə tomat pastası əlavə edib hər şeyi yaxşıca qarışdırın.
  4. Sonra, ət, duz və ədviyyatları əlavə edin və yenə qarışdırın.
  5. Indi, 4 fincan ət suyu əlavə edin, qapağı örtün və qaynamağını gözləyin. Qaynayan kimi içinə düyü əlavə edin və yenidən qarışdırın, qapağını örtün və zəif odda 20 dəqiqə bişirin.

Nuş Olsun!

Ərəb mətbəxini sevməmək mümkün deyil. onun hər bir yeməyi, sousları, isti yeməkləri, şirniyyatları və s. insanda böyük iştaha oyadır. Belə ləziz yeməklər siyahısında Kabsanı tapmaq olar.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10