Kəsmikli meyvəli desert

Kəsmikli meyvəli desert

Ərzaqlar

  • Kəsmik- 300 qr 
  • Xama – 150 qr 
  • Şəkər tozu- 2 stəkan 
  • Jelatin – 1 stəkan 
  • Süd – 100 ml 
  • Konservləşdirilmiş şaftalı 
  • Banan – 1 ədəd 
  • Kivi – 1 ədəd

Hazırlanması

  1. Kəsmiyə xama və şəkər əlavə edin və blendrlə çalın.
  2. Meyvələri təmizləyin və halqa formasında doğrayıb 4 yerə bölün.
  3. Jelatinə süd qatıb şişməyini gözləyin.
  4. Sonra jelatini odda tam əriyənə qədər qızdırın. (qaynamamaq şərti ilə).
  5. Kəsmikli qarşığın üstünə əlavə edib yaxşı qarışdırın. 
  6. Formaya bir sıra meyvə düzün.
  7. Kəsmikli qarışıqdan əlavə edin.
  8. Sonra yenə meyvə düzün və qarışıq əlavə edin və təkrarlayın.
  9. Son qat kəsmikli qarışıq olmalıdır.
  10. Üzərinə bəzək üçün xırdalanmış şokolad dənələri tökə bilərsiniz.
  11. Soyuducuda 30 dəqiqə saxlayın.

Nuş olsun!

Kəsmikli meyvəli desert, desert sevənlər üçün fürsətdir.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10