Kəsmikli kürələrlə piroq

Kəsmikli kürələrlə piroq

Ərzaqlar

  • 250 qram kəsmik

     

  • 50 qram kokos ovuntusu

     

  • 6 yumurta sarısı

     

  • 4 yumurta ağı

     

  • 50 qram südlü şokolad

     

  • 2 xörək q. un

     

  • 5 xörək q. nişasta

     

  • 1 çimdik duz

     

  • 1 çay q. qabartma tozu

     

  • 1 paket vanil

     

  • 100 qram kərə yağı

     

  • 5 xörək q. süd

     

  • 250 qram şəkər

     

  • 6 xörək q.kakao

Hazırlanması

  1. Kəsmikli kürələri hazırlamaq üçün 250 qram kəsmik, 50 qram şəkər, 50 qram kokos ovuntusu, 3 xörək q. nişasta və 2 yumurta sarısını qarışdırın.
  2. Əlinizi su ilə isladın və dairələr hazırlayın.

     

  3. Şokoladlı xəmiri hazırlamaq üçün 4 yumurta sarısını 30 qram şəkər və vanili mikser ilə ağaranadək çalın.
  4. Şokoladı su vannasında əridin və üzərinə əlavə edin.
  5. 2 xörək q. un, 2 xörək q. nişasta, qabartma, 3 xörək q. kakao və duzu şokoladlı qarışığa əlavə edib taxta qaşıq ilə qarışdırın.
  6.   4 yumurta ağını 30 qram şəkər ilə ağaranadək mikserlə çalın və qarışığa əlavə edin.

     

  7. Qlazuru hazırlamaq üçün bir qabda 100 qram kərə yağını əridin, üzərinə 5 xöək q. süd, 6 xörək q. şəkər, 5 xörək q. kakao əlavə edin və qaynayana qədər qarışdırın.

     

  8. Soba qabına yağlı kağız qoyun.
  9. Əvvəlcə kəsmikli kürələri düzün.
  10. Üstünə şokoladlı xəmiri əlavə edin.
  11. Əvvəlcədən isidilmiş 180 dərəcəli sobada 40 dəqiqə bişirin.
  12. Tort hazır olduqda üzərinə qlazuru tökün.

Nuş olsun!

Kəsmikli kürələrlə piroq çətin hazırlanan şirniyyatdır.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10