Kəsmikli Kətə “Zərif”

Kəsmikli Kətə “Zərif”

Kəsmikli Kətə “Zərif”

Ərzaqlar

Xəmir üçün:

  • 200 q soyuq kərə yağı
  • 1/2 çay qaşığı soda
  • 1/2 xörək qaşığı qatıq və ya xama
  • 2 stəkan un
  • 1/2 stəkan şəkər tozu

İçi üçün:

  • 400 q kəsmik
  • 1 stəkan şəkər tozu
  • 2 yumurta
  • bir çimdik vanil

Hazırlanması

  1. Əvvəlcə xəmiri hazırlayın. Bunun üçün soyuq kərə yağını sürtgəcin iri dişlərindən bir qabın içinə keçirin.
  2. Stəkanda sodanı qatıq və ya xamada həll edib yağ olan qaba əlavə edin.
  3. Unu və şəkər tozunu da oraya əlavə edib, çəngəllə əzmədən, təxminən noxud boyda umaj əldə edənə qədər qarışdırın.
  4. MİKSERDƏN İSTİFADƏ ETMƏYİN! İndi isə içi hazırlayın. Bunun üçün içə lazım olan ərzaqları bir qaba qoyub, qarışdırın 20 x 28 cm ölçülərində olan kənarları bir qədər hündür fomanı yağlayın (mən sobaya dayanıqlı şüşə formadan istifadə edirəm).
  5. Sobanı 180C-dək qızdırın. Xəmiri iki yerə bölün.
  6. Bir hissəsini yağladığınız formanın dibinə yayın. Üstündən basmayın.
  7. Kəsmikli içi bunun üzərinə yayın. Sonra isə qalan xəmiri için üstünə səpin. Üstündən basmayın.
  8. Kətəni sobanın orta rəfində 30 dəqiqə ərzində, və yaxud üstü biz az qızaranadək bişirin.
  9. Kətəni sobadan çıxardın və qoyun formada 15 dəqiqə soyusun.
  10. Sonra isə kətəni doğrayın. Süfrəyə verməzdən əvvəl tamamilə soyumasını gözləyin.

Nuş Olsun!

Hakkında: Adındanda göründüyü kimi çox zərif şirniyyatdır.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10