Kəsmikli Blinçik Keksi

Kəsmikli Blinçik Keksi

Kəsmikli Blinçik Keksi

Ərzaqlar

  • 10-12 ədəd hazır nazik blinçik
  • 500 q kəsmik
  • 1-2 x.q. şəkər tozu
  • 1 yumurta
  • 1 paket vanilli şəkər
  • ərik qurusı və ya kişmiş

    Üzərinə:

  • 2 yumurta
  • 2-3 x.q. şəkər tozu
  • 3 x.q. xama

Hazırlanması

  1. Sevdiyiniz reseptlə blinçik hazırlayın.
  2. Elə bir resept əlinizin altında yoxdursa, şirin və duzlu blinçiklərin hazırlanma qaydasından istifadə edə bilərsiniz.
  3. İç hazırlayın. Bunun üçün kəsmiyi yumurta, şəkər tozu, vanilli şəkərlə çalın, doğranmış ərik qurusu əlavə edib qarışdırın.
  4. İçi blinçiklərin içinə qoyub rulet kimi bükün.
  5. Formanı yağlayın. Blinçik ruletlərini formaya spiral kimi düzün.
  6. Yumurtanı şəkər tozu ilə çalıb xama əlavə edin, eynicinsli kütlə alınınca qarışdırın.
  7. Piroqun üzərinə bərabər şəkildə yayın. 190 dərəcə qızdırılmış sobada 30-35 dəqiqə bişirin.

Haqqında: Bu resepti dəqiqliklə yerinə yetirsəniz, kəsmikli blinçik keksiniz yumşaq olacaq. Nuş olsun!

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10