Kəsmikli, armudlu və giləmeyvəli piroq

Kəsmikli, armudlu və giləmeyvəli piroq

Ərzaqlar

  • Xəmir üçün:

     

  • 300 qram un

     

  • 30 qram şəkər

     

  • Yarım paket qabartma tozu

     

  • 75 qram kərə yağı

     

  • Yarım limon qabığı

     

  • 1 yumurta

     

  • 1,5 xörək qaşığı soyuq su

     

  • Iç üçün:

     

  • 2 yumurta

     

  • 250 qram kəsmik

     

  • 100 qram qaymaq

     

  • 50 qram şəkər

     

  • 1 paket vanil

     

  • 2 dənə armud

     

  • 200 qram giləmeyvə

Hazırlanması

  1. Kərə yağını kub şəklində doğrayın.
  2. Üzərinə un, qabartma tozu və şəkəri əlavə edib qarışdırın.
  3. Sonra sürtgəcdən keşirilmiş limon qabığını, yumurtanı və suyu əlavə edib xəmir hazırlayın.

     

  4. Əvvəlcədən yağlanmış soba qabına xəmiri elə yayın ki, xəmir onun kənarlarına da tutsun.
  5. Sonra xəmiri bir neçə yerdən çəngəl ilə deşin.

     

  6. Kəsmiyi şəkər vanilin və qaymaq ilə mikserlə çalın.
  7. Yumurtanı əlavə edib yenə mikser ilə çalın.

     

  8. Armudu halqa formasında doğrayıb piroqun üstünə düzün.
  9. Üstünə kəsmikli qarışığı töküb giləmeyvəni səpin.
  10. 200 dərəcə qızdırılmış sobada 40 dəqiqə bişirin.
  11. Hazır olduqda soyuduqdan sonra qabdan çıxardın və üzərinə şəkər tozu səpin.
  12. Süfrəyə dondurma ilə də təqdim olun abilər.

Nuş olsun!

Kəsmikli, armudlu və giləmeyvəli şirniyyatı həm meyvə, həm də şirniyyat sevənlərin seçimidir.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10