Kəsmikli-albalılı baraun

Kəsmikli-albalılı baraun

Ərzaqlar

  • 120 qram kərə yağı

     

  • 100 qram tünd şokolad

     

  • 150 qram şəkər

     

  • 4 yumurta

     

  • 150 qram un

     

  • 300 qram yumşaq xama

     

  • 1 çay q. qabartma tozu

     

  • 1 çay q. vanil

     

  • 1 çimdik duz

     

  • 400 qram dondurulmuş albalı

Hazırlanması

  1. Şokoladı əllə xırda hissələrə bölün və yağ ilə su vannasında odda əridin.
  2. 2 yumurta 50 qram şəkərlə mikserlə çalın, duz və vanil əlavə edin.
  3. Bu qarışıqları birləşdirin və qabartma tozunu ilə qarışdırılmış unu əlavə edin.
  4. Mikserlə aşağı sürətlə çalın.
  5. Xəmiriniz hazırdır.
  6. Soba qabını (yanları hündür olmalıdır, təxminən diametri 15 sm) yağlayın.
  7. Xəmirin 1/3 hissəsini qaba töküb hamarlayın.
  8. Xamalı qarışığın yarısını xəmirin üstünə tökün və tumu təmizlənmiş albalının yarısını üstünə əlavə edin.
  9. Bu prosesi təkrarlayın.
  10. Üst qatda xəmir olmalıdır.
  11. Əvvəlcədən isdilmiş 180 dərəcəli sobada 40-50  dəqiqə bişirin.
  12. Hazır olub-olmadığını taxta çöp ilə yoxlayın.

Nuş olsun!

Kəsmikli-albalılı baraun şirniyyatı həm meyvə, həm də şirniyyat sevənlərin seçimidir.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10