Kənd Üsulu Spagettisi

Kənd Üsulu Spagettisi

Kənd Üsulu Spagetti

Ərzaqlar:

  • 400 qr spagetti
  • 5 sardina (siyənək fəsiləsindən xırda balıq)
  • 400 qr pomidor
  • 1 ədəd soğan
  • 80 qr qoz
  • 4 diş sarımsaq
  • 50 qr tumu çıxarılmış qara zeytun
  • 50 qr rəndələnmiş kənd pendiri və ya köhnə yağsız pendir
  • zeytun yağı , duz, qara bibər (damaq dadınıza görə)

Hazırlanması:

  1. Sardirnyaları yuyaraq duzunu alın və halqa şəklində doğrayın.
  2. Soğanı incə doğrayın və 3 xörək qaşığı zeytun yağında bişirin. Pomidoru əlavə edib ağzını bağlayın və 10 dəqiqə ərzində qaynamağa qoyun.
  3. Bu vaxt ərzində qozu sardinlyaları və soyulmuş sarmısağı incə doğrayın.
  4. Bu qarışığı və doğranmış zeytunu pomidor sosuna əlavə edin. Qarışdırın , bir az qara bibər əlavə edin, ağzını bağlayıb aşağı dərəcəli atəşdə 7-8 dəqiqə bişirin.
  5. Spagettini duzlu bol qaynar suda diriliyini itirməyəcək qədər qaynatdıqdan sonra hazırladığınız sousu əlavə edin.
  6. Hazırlanan spagettini süfrəyə vermək üçün boşqaba qoyub üzərinə bərabər şəkildə kənd pendirini və ya yağsız pendiri spagettinin üzərinə rəndələyin və beləcə yemək hazırdır.

Hakkında – Kənd Üsulu Spagetti Turkiyədə çox sevilən yeməklərindən birindir. Bu yeməyi hazırlamaq çox asandır, əziyyətsizdir və vaxt aparmayan yemək növünə aiddir. Hazırlayıb və dadmanızı  tövsiyə edirəm. İndidən nuş olsun.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10