kələm salati

kələm salati

Kələm Salatı

Ərzaqlar

  • Bir ədəd balaca kələm, təxminən yarım kilo – nazik və uzun-uzun doğrayın
  • 1 xörək qaşığı duz
  • 1 ədəd alma – qabığını soyun və kibrit şəklində doğrayın
  • 3-4 xörək qaşığı göy soğanın doğranmış yaşıl hissəsi
  • zövgə görə zeytun yağı (adətən günəbaxan yağdan istifadə olunur)
  • zövgə görə limon suyu
  • zövgə görə duz
  • zövgə görə istiot
  • bir çimdik şəkər tozu (zəruru deyil)
  • üstünə səpmək üçün hr hansı növ turş giləmeyvə

Hazırlanması

  1. Kələmi  bir kasaya qoyub üstünə  duzu səpin. Əlinizlə təxminən bir dəqiqə sıxın ki, kələm yumuşalsın. Sonra kənara 15 dəqiqəlik qoyun ki, suyu çıxsın. Sonra suyunu əlinizlə sıxıb kələmi kasaya geri qoyun. Çalısın kələmi çox əzməyəsiniz.
  2. Kələmə alma, zeytun yağı, limon suyu, duz, istiot və şəkər tozu əlavə edin. Qaba qoyub üstünə turş meyvələri və ya zirinci səpib salatı süfrəyə verin.

Hakkında:  Bu yüngül  kələm salatı Ukraynada mətbəxinə aiddir. Tərkibindəki tərəvəz-meyvələr bir-birilərini olduqca gözəl tamamlayır. Nuş Olsun! Ukraynaca desək – Priyemnoho Apetitu!

 

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10