KƏklikotulu Pomidor Şorbası

KƏklikotulu Pomidor Şorbası

KƏklikotulu Pomidor Şorbası

Ərzaqlar

  • 2 xörək qaşığı kərə yağı və ya bitki yağı
  • 5 xörək qaşığı un
  • 2 xörək qaşığı tomat
  • 4 ədər orta boy tam yetişmiş pomidor
  • 5 stəkan toyuq suyu (bulyon) və yaxud su (və ya ikisinin qarışığı)
  • 1 xörək qaşığı qurudulmuş kəklikotu
  • 1/2 stəkan süd
  • zövqə görə duz
  • zövqə görə istiotÜstü Üçün:
  • sürtkəcdən keçirilmiş mozzarella pendiri (sevdiyiniz başqa yağlı pendirlə əvəz edə bilərsiniz)
  • kruton (resepti aşağıdadır)

Hazırlanması

  1. Pomidorların qabığını soyun və blenderdə püre kimi əzin.
  2. Blenderiniz yoxdursa, sürtkəcdən və ya ət maşınından keçirin.
  3. Yağı qazanda qızdırın. Üstünə unu əlavə edib, qarışdıra-qarışdıra 1 dəqiqə bişirin.
  4. Tomatı əlavə edib qarışdıra-qarışdıra 1 dəqiqə bişirin.
  5. Pomidoru əlavə edib 3 dəqiqə də bişirin.
  6. Toyuq suyunu və kəklikotunu əlavə edin.
  7. Qazanın qapağını örtün və şorbanı arada qarışdıraraq 10 dəqiqə ərzində bişirin.
  8. Dəyanmadan qarışdıraraq, südü yavaş-yavaş qazana tökün.
  9. Duz və istiot vurun. 2 dəqiqə də bişirdikdən sonra, kənara çəkin.
  10. Şorbanı isti-isti qablara çəkin.
  11. Üstünə mozzarella pendiri və cruton qoyub süfrəyə verin.

Nuş Olsun!!

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10