Kəsmikli Trufel

Kəsmikli Trufel

Ərzaqlar

  • 500 qram kəsmik
  • 500 qram peçenye
  • 100 qram kərə yağı
  • 200 qram tünd şokolad
  • 2 xörək q. kakao tozu
  • 100 qram şəkər
  • Qoz bəzək üçün

Hazırlanması

  1. Kəsmiyi, yumşalmış kərə yağı və şəkəri blendlə əzin.
  2. Alınmış qarışığı iki hissəyə bölün.
  3. Şokoladdan 50 qran ayırıb su vannasında əridin və qarışığın bir hissəsinə kakao tozu və ərinmiş şokoladı əlavə edib qarışdırın.
  4. Yarısını  saxlamaq şərti ilə qalan peçenyeləri qida kağızının üzərinə 3 sıra düzün.
  5. Ağ kəsmikli qarışığı üzərinə hamar formad yayın. 5-6 peçenyeni xırdalayıb kəsmiyin üzərinə səpin.
  6. Üzərinə şokoladlı kəsmik qarışığını yayın.
  7. Qida kağızının köməyi ilə peçenyenin 2 tərəfdən qaldırın.
  8. Trufel düzbucaq formasını alacaq.
  9. Üzərinə qalan peçenyeləri düzün.
  10. Kip halda qida kağızına bükün və 1 sutka soyuducuda saxlayın.
  11. Serviz edəndə şokoladı əridin və üzərinə tökün.
  12. Qozu xırdalayıb üzərinə səpin.

Nuş Olsun!

Kəsmikli trufel şirniyyat və desert sevənlər üçün əla seçimdir.

 

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10