Kəsmikli Rulet

Kəsmikli Rulet

Ərzaqlar

  • 4 ədəd yumurta
  • 4 xörək q. qaynar su
  • 120 qram şəkər
  • 70 qram un
  • 50 qrm kartof krafmalı
  • 1 paket qabartma tozu
  • 200 qram kəsmik
  • 30 %-li xama və ya 100 qram maskarponi pendiri
  • 100 qram kərə yağı
  • 5 xörək q. bişmiş süd

Hazırlanması

  1. Unla kraxmalı qabartma tozu və vanili bir qabda qarışdırın.
  2. Yumurtanı qaynar su ilə mikserlə şişənəcən çalın.
  3. Üzərinə şəkər əlavə edib çalmağa davam edin. Yaxşı şişdikdən sonra unlu qarışığı əlaə edib qaşıqla bir istiqamətdə qarışdırın.
  4. Kremi hazırlamaq üçün bir qab götürün. Kəsmiyi blendrlə  çalın.
  5. Üzərinə bişmiş südü əlavə edin.
  6. Yağı ayrı qabda mikserlə ağaranacan çalıb kəsmikli qarışığa əlavə edin. Krem hazırdır.
  7. Sobanı əvvəlcədən 180 dərəcə qızdırın.
  8. Soba listinə  yağlanmış perqament kağız qoyun.
  9. Xəmiri əlavə edib hamarlayın və 15-20 dəqiqə sobad bişirin.
  10. Hazır olduqda isti isti rulet formasında çay dəsmalına bükün və 5 dəqiqə soyumasını gözləyin.
  11. Yenidən açıb kremi üzərinə çəkib selikon qaşıqla hamarlayın, rulet fomasında bükün.
  12. Üzərinə şəkər kirşanı əlavə edin.
  13. 1-2 saat soyuducuda saxlayın.

Nuş Olsun!

Kəsmikli rulet həm kəsmik, həm də şirniyyat  sevənlər üçün əla seçimdir.

 

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10