Kəsmikli Piroq “Zebra”

Kəsmikli Piroq “Zebra”

Ərzaqlar

  • 400 qram marqarin 
  • 5 yumurta 
  • 300 qram şəkər 
  • 350 qram un 
  • 50 qram kakao 
  • 10 qram qabartma tozu 
  • 500-600 qram kəsmik 
  • 1,5 xörək q. nişasta1 paket vanil

Hazırlanması

  1. Xəmiri hazırlamaq üçün 200 qram marqarini 1 yumurta 150 qram şəkərlə mikserlə çalın. 350 qram unla qaratmanı qarışdırın və xəmirə əlavə edin. Xəmiri iki baalca və böyük olmaqla 2 hissəyə bölün. Böyük hissəsinə kakao qatın.
  2. İçliyi hazırlamaq üçün 500 qram kəsmiklə 4 yumurtanı, 200 qram marqarini, nişastanı  və 150 qram şəkəri mikserlə çalın.
  3. Hazrıladığımız ağ və qara xəmirdən barmaq qalınlığında lent formasında hissələr hazırlayın və ağ qara ardıcıllığı ilə yağlanmış soba qabına düzün. Üzərinə içliyi tökün.
  1. İçliyin üstündən yenidən ancaq qara xəmirdən lent formasında hissələr hazırlayıb düzün.
  2. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 1 saat bişirin.

Nuş Olsun!

Kəsmikli piroq “Zebra” asan hazırlanna lakin çox dadlı piroqdur.

 

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10