Kəsmikli limonlu piroq

Ərzaqlar

  • Tərkibi:
  • 120 qram kəsmik
  • 150 qram şəkər
  • 2 yumurta
  • 100 qram alma cemi
  • 100 qram kərə yağı
  • 1 limon
  • 200 qram un
  • ½ paket qabartma tozu

Hazırlanması

  1. Kəsmiyi alma cemi ilə qarışdırın.
  2. Limonu bir neçə hissəyə bölün və qabıqlı halda blendlə xırdalayın.
  3. Yumurtanı şəkərlə mikserlə çalın.
  4. Üzərinə yumşalmış yağı əlavə edib çalmağa davam edin.
  5. Kəsmikli qarışığı və limonu üzərinə əlavə edin.
  6. Una qabartma tozu qatın və xəmirə əlavə edib taxta qaşıq ilə qarışdırın.
  7. Diametri təqribən 20 sm ölçüdə olan soba qabını yağlayın və xəmiri ora əlavə edin.
  8. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 40-50 dəqiqə bişirin.
  9. Üzərinə isdəyə görə şəkər pudrası səpə bilərsiniz və ya cem çəkə bilərsiniz.

Nuş Olsun!

 

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10