
Kəsmikli kürələrlə piroq
Ərzaqlar
- 250 qram kəsmik
- 50 qram kokos ovuntusu
- 6 yumurta sarısı
- 4 yumurta ağı
- 50 qram südlü şokolad
- 2 xörək q. un
- 5 xörək q. nişasta
- 1 çimdik duz
- 1 çay q. qabartma tozu
- 1 paket vanil
- 100 qram kərə yağı
- 5 xörək q. süd
- 250 qram şəkər
- 6 xörək q.kakao
Hazırlanması
- Kəsmikli kürələri hazırlamaq üçün 250 qram kəsmik, 50 qram şəkər, 50 qram kokos ovuntusu, 3 xörək q. nişasta və 2 yumurta sarısını qarışdırın.
- Əlinizi su ilə isladın və dairələr hazırlayın.
- Şokoladlı xəmiri hazırlamaq üçün 4 yumurta sarısını 30 qram şəkər və vanili mikser ilə ağaranadək çalın.
- Şokoladı su vannasında əridin və üzərinə əlavə edin.
- 2 xörək q. un, 2 xörək q. nişasta, qabartma, 3 xörək q. kakao və duzu şokoladlı qarışığa əlavə edib taxta qaşıq ilə qarışdırın.
- 4 yumurta ağını 30 qram şəkər ilə ağaranadək mikserlə çalın və qarışığa əlavə edin.
- Qlazuru hazırlamaq üçün bir qabda 100 qram kərə yağını əridin, üzərinə 5 xöək q. süd, 6 xörək q. şəkər, 5 xörək q. kakao əlavə edin və qaynayana qədər qarışdırın.
- Soba qabına yağlı kağız qoyun.
- Əvvəlcə kəsmikli kürələri düzün.
- Üstünə şokoladlı xəmiri əlavə edin.
- Əvvəlcədən isidilmiş 180 dərəcəli sobada 40 dəqiqə bişirin.
- Tort hazır olduqda üzərinə qlazuru tökün.
Nuş olsun!
Kəsmikli kürələrlə piroq çətin hazırlanan şirniyyatdır.
ən son şərh