Kəsmikli Bananli Tort

Kəsmikli Bananli Tort

Ərzaqlar

  • 4 yumurta 
  • 350 qram şəkər 
  • 180 qram un 
  • 5 xörək q. kakao tozu 
  • 1 paket qabartma tozu 
  • 4 xörək q. qaynar su 
  • 250 qram kəsmik 
  • 15 qram jelatin 
  • 500 qram 33 %-li qaymaq 
  • 4 ədəa banan 
  • 100 qram tünd şokolad

Hazırlanması

  1. Biskviti hazırlamaq üçün 4 yumurta sarısını 4 xörək qaşığı qaynar su ilə çalın.
  2. Hissə-hissə 180 qram şəkər əlavə edin.
  3. Yumurtanın ağını ayrı qabda mikserlə bərk hal alanadək çalın və yumurtanın sarısına əlavə edin.
  4. Qabartma və kakaonu una qatın və yumurtanın üstünə əlavə edib taxta qaşıq ilə qarışdırın.
  5. 26 sm ölçülü dairə formasında soba qabına qida kağızı qoyun. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin.
  6. Biskvit soyuduqdan sonra kənarları qalmaq şərti ilə içini quyu formasında ovun içindən çıxan biskviti bir qaba qoyun.
  7. Kremi hazırlamaq üçün üzərinə ¼ su stəkanı su tökün.
  8. Bir bananı blendrlə əzin, üzərinə 160 qram şəkər, kəmik əlavə edin.
  9. Qaymağı ayrı qabda mikserlə çalın.
  10. Qaymağı bananlı qarışığa əlavə edib üzərinə şişmiş jelatini tökün. Krem hazırdır.
  11. 2 xörək q. şəkərdən şərbət bişirin və biskvitin içinə tökün ki, biskvit islansın.
  12. 3 bananı bütöv şəkildə xəmirin içinə qoyun.
  13. Üzərinə hazırladığınız kremi dağ formasında tökün. İçindəm ovduğunuz biskviti əllə ovub kremin üstünə səpin. Bir neçə saat soyuducuda qaldıqdan sonra servis edə bilərsiniz.

Nuş Olsun!

Şirniyyatınıza həm banan  həm də şokolad fərqli dad verıəcək.

 

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10