Kəsmikli bananlı pudinq

Ərzaqlar

  • Tərkibi:
  • 600 qram kəsmik
  • 5 yumurta
  • 2 banan
  • ½ su stəkanı şəkər
  • 3 xörək qaşığı un
  • 200 qram 20%-li xama
  • 30 qram kərə yağı
  • 1 paket vanil

Hazırlanması

  1. Kəsmiyi xama ilə mikserlə çalın.
  2. Yumurtaların sarısın ağdan ayrıb ağın soyuducuya qoyun.
  3. Sarını mikserlə çalın və üzərinə xamalı qarışığı, şəkər, unu əlavə edib mikserlə bir kütlə alanadək çalın.
  4. Şüşə soba qabını yağlayın və bananları halqa formasında qaba düzün.
  5. Yumurta ağına vanil qatıb köpük halınadək çalın.
  6. Yumurta ağını kəsmikli qarışıqla qarışdırıb bananların üsdünə tökün.
  7. Əvvəlcədən 180 dərəcə isidilmiş sobada 30-40 dəqiqə bişirin.
  8. Soyuduqdan sonra servis edə bilərsiniz.

Nuş Olsun!

 

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10