Kəsmikli Ananasli Tort

Kəsmikli Ananasli Tort

Ərzaqlar

  • 5 yumurta
  • 1 su stəkanı şəkər
  • 1 su stəkanı un
  • 1 limon qabığı
  • 300 qram maskarponi pendiri
  • 20-30%-li 250 qram qaymaq
  • 20 qram jelatin
  • 130 qram su
  • 5 xörək q. şəkər tozu
  • 1 banka konservləşdirilmiş ananas

Hazırlanması

  1. Yumurtanın ağını şəkərlə mikserlə bize forması alanadək çalın.
  2. Üzərinə yumurta sarısı əlavə edin.
  3. Limon qabığını sürtgəcdən keçirib əlavə edin.
  4. Unu əlavə edin və bir istiqamətdə qarışdıırn.
  5. 24 sm ölçülü soba qabına tökün.
  6. Əvvəlcədən 180 dərəcə isidilmiş sobada 25-30 dəqiqə bişirin.
  7. Biskvit hazır olduqda soyuduqdan sonra onu 2 hissəyə bölün.
  8. Jelatini suda isladın.
  9. qaymaqdan 3 xörək q. kənara qoyun. Maskarponini qaymaq və şəkərlə çalın. Helatini su vannasında əridin və ananas meyvəsi ilə birlikdə qarışığa əlavə edin.
  10. Tortu yanları hündür qabda hazırlayın. Soba qabında da hazırlamaq olar. Biskvitin 1-ci korjunun üzərinə kremi tökün. Üzərinə ikinci biskviti qoyun.
  11. Kənara qoyduğunuz qaymaqla xırdalanmış şokoladı bir qabda aşağı odda əridin. Alınmış qlazuru tortun üzərinə tökün.

Nuş Olsun!

Kəsmikli ananasli tort fərqli dadı ilə sizi təəccübləndirəcək.

 

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10