
KƏklikotulu Pomidor Şorbası
KƏklikotulu Pomidor Şorbası
Ərzaqlar
- 2 xörək qaşığı kərə yağı və ya bitki yağı
- 5 xörək qaşığı un
- 2 xörək qaşığı tomat
- 4 ədər orta boy tam yetişmiş pomidor
- 5 stəkan toyuq suyu (bulyon) və yaxud su (və ya ikisinin qarışığı)
- 1 xörək qaşığı qurudulmuş kəklikotu
- 1/2 stəkan süd
- zövqə görə duz
- zövqə görə istiotÜstü Üçün:
- sürtkəcdən keçirilmiş mozzarella pendiri (sevdiyiniz başqa yağlı pendirlə əvəz edə bilərsiniz)
- kruton (resepti aşağıdadır)
Hazırlanması
- Pomidorların qabığını soyun və blenderdə püre kimi əzin.
- Blenderiniz yoxdursa, sürtkəcdən və ya ət maşınından keçirin.
- Yağı qazanda qızdırın. Üstünə unu əlavə edib, qarışdıra-qarışdıra 1 dəqiqə bişirin.
- Tomatı əlavə edib qarışdıra-qarışdıra 1 dəqiqə bişirin.
- Pomidoru əlavə edib 3 dəqiqə də bişirin.
- Toyuq suyunu və kəklikotunu əlavə edin.
- Qazanın qapağını örtün və şorbanı arada qarışdıraraq 10 dəqiqə ərzində bişirin.
- Dəyanmadan qarışdıraraq, südü yavaş-yavaş qazana tökün.
- Duz və istiot vurun. 2 dəqiqə də bişirdikdən sonra, kənara çəkin.
- Şorbanı isti-isti qablara çəkin.
- Üstünə mozzarella pendiri və cruton qoyub süfrəyə verin.
Nuş Olsun!!
ən son şərh