Jeleli feriya tortu

Ərzaqlar

  • Tərkibi:
  • 4 yumurta
  • 150 qram şəkər
  • ½ paket vanil
  • 1paket qabartma tozu
  • 180 qram un
  • 6 xörək qaşığı süd
  • 2 paket qırmızı, yaşıl jele
  • Krem üçün:
  • 25 qram jelatin
  • 50 qram süd
  • 500 qram 33%-li qaymağ
  • 400 qram maskarponi pendiri
  • 150 qram şəkər
  • ½ paket vanil
  • Bəzək üçün:
  • 200 qram xama
  • 3 xörək qaşığı şəkər

Hazırlanması

  1. Jeleni su ilə isladın ki, şişsin.
  2. Xəmiri haırlamaq üçün yumurtanı şəkərlə mikserlə çalın.
  3. Südü əlavə edin və çalmağa davam edin.
  4. Qabartma tozu və vanili unla qarışdırın və yumurtalı qarışığa əlavə edin.
  5. Yanları hündür olan 24 sm ölçülü soba qabına perqament kağız qoyun və alınmış xəmiri ora əlavə edin.
  6. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə bişirin.
  7. Alınmış biskviti soyuduqdan sonra 2 hissəyə bölün.
  8. Südü qızdırın və jelatini südlə isladın ki, şişsin.
  9. Kremi hazırlamaq üçün qaymağı şəkərlə çalın.
  10. Üzərinə maskarponi pendiri, vanili əlavə edib çalmağa davam edin.
  11. 2 rəngli jeleni xırda kvadratlara bölün. Bir az üsdünü bəzəmək üçün kənara qoyun. Qalanın kremə əlavə edin.
  12. Südlə isladılmış jelatini də kremə əlavə edib tez qarışdırın.
  13. Tortu hazırlamaq üçün biskvitin birinin üsdünə bütün kremi əlavə edin və üzərinə digər biskviti qoyun.
  14. Xamanı şəkərlə çalın və tortun üsdünü, yanlarını xama ilə örtün. Bəzək üçün rəngli jeleləri də üsdünə düzün.

Nuş Olsun!

 

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10