Italiyansayağı limonlu “Mareqata” tort

Italiyansayağı limonlu “Mareqata” tort

Ərzaqlar

  • 250 qram şəkər

     

  • 250 qram kərə yağı

     

  • 50 qram limon şirəsi

     

  • 2 xörək q. sürtgəcdən keçirilmiş limon qabığı

     

  • 250 qram un

     

  • 1 pakek qabatrma tozu

     

  • 4 yumurta

     

  • Sirop:

     

  • 1 limon

     

  • 4 xörək q. şəkər

     

  • Krem:

     

  • 4 yumurta sarısı

     

  • 4 xörək q. şəkər

     

  • 500 qram süd

     

  • 1 çay q. vanil

     

  • 250 qram maskarpone pendiri

     

  • 1 xörək q. nişasta

     

  • Üzərinə:

     

  • Hazır beze

Hazırlanması

  1. Biskviti hazırlamaq üçün yumurtanı şəkərlə çalın.
  2. Üzərinə yumşalmış kərə yağı limon şirəsi və sürtgəcdən keçirilmiş limon qabığı əlavə edin.
  3. Başqa qabda una qabartma tozu qatıb qarışığın üzərinə əlavə edin.
  4. Kreməoxşar xəmir alınmalıdır.
  5. Soba qabına yağlı kağız qoyun. (təxminən 26 sm ölçülü)
  6. Əvvəlcədən isidilmiş 180 dərəcəli sobada  30 dəqiqə bişirin.
  7. Bişməyini taxta çubuq ilə yoxlayın.
  8. Hazır olduqda 15 dəqiqə soyumasını gözləyin və biskviti qabdan çıxardın.
  9. Kremi hazırlamaq üçün südü odda isidin.
  10. Başqa qabda yumurta sarısını şəkər və vanil  ilə çalın, 1 xörək q. nişasta əlavə edin və qarışdırın.
  11. Bu qarışığı südə əlavə edin, yaxşı qarışdırın və odda  qarışdıra-qarışdıra bərkiyənə qədər bişirin. Qaynamamalıdır.
  12. Başqa qabda maskarpone pedirini yumşaldıb üzərinə soyumuş südlü qarışığı əlavə edin.
  13. Kreminiz hazırdır.
  14. Siropu hazırlamaq üçün bir qabda lomunun şirəsini sıxın şəkər əlavə edin və odda şəkər həll olanadək qarışdırın.
  15. Kənara soyumağa qoyun.
  16. Biskviti ortadan 2 bərabər hissəyə bölün.
  17. Alt  korju siropla yaxşı isladıb kremin yarısını çəkin.
  18. Ikinci korju üstünə qoyub qalan kremi tortun üstünə və kənarlarına çəkin.
  19. Büzeni əllə xırda hissələrə bölüb tortun üstünə səpin.

Nuş olsun!

Italiyansayağı limonlu “Mareqatatortu çətin hazırlanan şirniyyatdır.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10