İtaliya deserti Pana-Kotta

İtaliya deserti Pana-Kotta

Ərzaqlar

  • 600 qram qaymaq 
  • 1 paket toz formalı jelatin 
  • 50 qram şəkər tozu 
  • 1 paket vanil 
  • 1q xörək q. konyak 
  • 100 qram giləmeyvə 
  • 4 ədəd albalı (konservləşdirilmiş də ola bilər)

Hazırlanması

  1. Bir qaba 4 xörək q. qaynar su tökün və jelatini onda həll edin, 5-10 dəqiqə şişməyini gözləyin.
  2. Qaymağı şəkər tozu, vanil və konyak ilə çalın və jelatini buna əlavə edin, yaxşı qarışdırın.
  3. Desert hazırlayacağınız balaca stəkan formalı qablara albalı qoyub üzərinə alınmış qaymaqlı kütləni tökün.
  4. 2 saat soyuducuda saxlayın.
  5. Deserti formadan çıxartmaq istəsəniz qabı  isti suya salın və tərsinə nimçəyə qoyun, rahatlıqla formadan çıxacaq.
  6. Soyuduqdan sonra üzərinə doğranmış giləmeyvə qoya bilərsiniz.

Nuş olsun!

İtaliya deserti Pana-Kotta çay süfrələrinizin əvəzsiz şirniyyatıdır.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10