
İspanaqlı Sufle
İspanaqlı Sufle
Ərzaqlar
- 1 kq yuyulub doğranmış ispanaq
- 4 yumurta
- 150 qram doğranmış holland pendiri
- Duz
- Qara bibərBeşamel sousu üçün:
- 2 xörək qaşığı kərə yağı
- 2 xörək qaşığı un
- 2 stəkan soyuq süd
- Duz
- Hind qozu
Hazırlanması
- Yuyulmuş və doğranmış ispanaqları isti suda 1-2 dəqiqə bişirin, soyuq suya salın.
- Beşamel sousu üçün ayrıca tavaya yağ tökün, un əlavə edib qovurun, sonra süd və duz əlavə edərək yaxşıca qarışdırın, bişirin.
- İspanaqları və 4 yumurtanın sarısını beşamel sousu ilə qarışdırın.
- Yumurtanın ağını isə başqa qabda qarışdırın, sonra onu və başqa inqradientləri yağlanmış soba qablarına tökün, pul bibər əlavə edərək 180 dərəcəyədək qızdırılmış sobaya qoyun, 30-35 dəqiqə bişirin.
- Sufle isti yeyiləndə daha ləzzətli olur.
Haqqında: Asan və ləziz salatlardan sayılır.Nuş olsun!
ən son şərh