Ispanaqlı Börək

Ispanaqlı Börək

Ispanaqlı Börək

Ərzaqlar

  • 1/ 2 kq ispanaq (yarpaq tərəfi)
  • 250 qr çəkilmiş ət
  • 1 ədəd soğan
  • 6 ədəd lavaş
  • 2 stəkan süd
  • 100 qr marqarin
  • 1 ədəd yumurta sarısı
  • 1 stəkan duru yağ
  • 2 xörək qaşığı un
  • duz , istiot

Hazırlanması

  1. Soğanı incə incə doğrayın.
  2. Qazana bitki yağı töküb soğanları əlavə edin və qızarana qədər qovurun.
  3. Daha sonra çəkilmiş əti də əlavə edərək bişirin.
  4. Təmizlənib yuyulmuş ispanaqları kiçik kiçik doğramaq qazana tökün.
  5. Yumşalana qədər qovurun.
  6. Duzu və qara bibəri əlavə edin.
  7. Ispanaqlı yumşalanda 2 xörək qaşığı unu ıspanaqlara yedirin ( ispanaqları bişərkən sulanmış lavaşla yapıştırmaması üçün).
  8. Bütün lavaşları ortadan ikiyə bölün.
  9. Yarım dairə şəklindəki yuxanın üstünə ərimiş marqarin və süd qarışığını sürtün.
  10. Üzərinə qoyacağınız hər iki lavaşa da eyni əməliyyatı tətbiq edin.
  11. Lavaşların üzərinə hazırladığınız ıspanaqlı içliyi qoyun.
  12. Yuxanın iki ucunu yüngülcə içə çevirərək yumşaq rulet halında sarın və dilədiyiniz uzunluqda kəsin.
  13. Qalan digər lavaşları da bu şəkildə hazırlayın.
  14. Yağlanmış soba nimçəsinə qoyun.
  15. Yumurta sarısını ruletlərin üzərinə sürtün.
  16. Əvvəldən isidilmiş sobada yaxşıca qızarana qədər bişirin.

Hakkında: İspanaqlı börəyi hazırlamaq asan olmasada çox ləziz dadı var. Nuş Olsun!

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10