
İspan Üsulu Sous
İspan Üsulu Sous
Ərzaqlar
- 125 qr ( 1/ 2 su stəkanından bir az çox ) rəfinə yağ
- 1 orta boy soğan ( dilimlənmiş )
- 60 qr yağsız dana əti (incə doğranmış)
- 60 qr yağsız ham (incə doğranmış)
- 4 dəstə cəfəri (doğranmış)
- 90 qr (3/ 4 su stəkanı) un
- 2500 qr (15 su stəkanı ) ət suyu
- 2 xörək qaşığı göbələk (doğranmış)
- 2 qərənfil
- 2 dəfnə yarpağı
- 2 su stəkanı ağ şərab
- 1 çay qaşığı duz
- 1 çay qaşığı qara bibər
Hazırlanması
- İspan sousunu, kotlet, tərəvəz, dana əti və yumurtayla süfrəyə təqdim edə bilərsiniz.
- Rəfinə yağı orta atəşdə qalın bir qazanda əridib, içinə soğan, yerkökü, dana əti, dana əti və cəfərini əlavə edin.
- Üstü qapaqsız olaraq və hərdənbir qarışdıraraq 15 dəqiqə, tərəvəzlər yumşalana qədər bişirin.
- Üstünə ununu səpib taxta qaşıqla yaxşıca qarışdıraraq 12-15 dəqiqə un qəhvə rənginə çalana qədər bişirin.
- Yavaş-yavaş və davamlı qarışdıraraq ət sununu əlavə, sousu orta atəşdə qaynadın.
- Qaynayınca göbələkləri əlavə edin.
- Ocağın altını bir az qısıb qərənfil, dəfnə yarpağı, ağ şərab, duz və bibəri əlavə 1 saat, hərdənbir qarışdıraraq dəmləyin .
- Dəlikli qaşıqla sousun üstündəki köpük və yağları alın.
- Sousu, sügəcdən keçirərək böyük bir qaba tökün.
- Süzgəcdə qalan tərəvəzləri bıçağın tərsiylə əzin.
- Qazanı çalxalayaraq, sousu təkrar içinə qoyub , ağır atəşdə bişirin.
- Sousun üstünə çıxan yağları davamlı dəlikli qaşıqla alın. ( Aşağı yuxarı bütün yağ alındıqdan sonra , sousun rənginin şirin qəhvəyi olması lazımdır)
- Lazım gələrsə sosa bir az daha duz və istiot əlavə edin.
- Sousu bir sosluğa boşaldıb ət, tərəvəz yada yumurta ilə birlikdə təqdim edin.
Hakkında: Asan hazırlanan sousdur. Nuş Olsun!
ən son şərh