Imam sarığı

Imam sarığı

Ərzaqlar

  • 4 yumurta

     

  • 1 su səkanı şəkər

     

  • 1 su stəkanı un

     

  • yarım paket qabartma tozu

     

  • 1 paket vanilya

     

  • 3 yemək qaşığı kakao

     

  • 3 yemək qaşığı su

     

  • Krem:

     

  • 3 su stəkanı süd

     

  • 1,5 yemək qaşığı un

     

  • 1 yemək qaşığı nişasta

     

  • yarım su stəkanı şəkər

     

  • 1 yumurta sarısı

     

  • 1 paket vanil

     

  • Üzərinə:

     

  • 100gr. şokolad

     

  • Kənarlarına:

     

  • kokos

Hazırlanması

  1. İmam sarığı şiniyyatı hazırlamaq üçün əvvəlcə yumurtanı və şəkəri çalın.
  2. Sonra digər ərzaqları qarışdırıb çalmağa davam edin.
  3. Soba qabına yağlı kağız qoyuruq.
  4. Keks xəmirini yayıb əvvəlcədən isidilmiş 170 dərəcəli sobada bişiririk.
  5. Keks soyuduqdan sonra su stəkanını isladıb  keksləri stəkanla kəsirik.
  6. Təqribən 20 ədəd dairə olacaq.
  7. Kremin bütün ərzaqlarını qarışdırıb bişiririk.
  8. Kəsdiyimiz keksin birini götürüb bir qaşıq krem qoyub üzərinə kəsdiyimiz keksləri qoyuruq və kənarlarına krem çəkin.
  9. Kokosa bulayırıq.
  10. Digər bütün keksləri bu şəkildə elədikdən sonra əritdiyimiz şokoladdan üzərlərinə 1 qaşıq qoyub kənarlarına daşırmadan yayırıq.
  11. Soyuduqdan sonra imam sarığı şirniyyatı servisə hazırdır.

Nuş olsun!

Imam sarığı asan hazırlanan şirniyyatdır.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10