
imam bayıldı
İmam bayıldı
Ərzaqlar:
- 4 orta badımcan
- 4 orta soğan
- 4 sarımsaq dişi
- 6 yetişmiş, soyulmuş orta pomidor
- 100 ml zeytun yağı
- 5-6 çay qaşığı xırda doğranmış cəfəri
- 3 çay qaşığı şəkər
- 5 çay qaşığı təzə limon şirəsi
- duz
- istiot
Hazırlanması
- Böyük bir qazanda su qaynadın, 7-8 dəqiqə badımcanları suda bişirin, sonra suyu boşaldın və badımcanların soyuması üçün gözlədin.
- Soğanları zeytun yağında qızardın, doğranmış sarımsağı və soyulmuş pomidorları əlavə edin.
- Təxminən 10 dəqiqə pörtlədin, sonra doğranmış cəfərini əlavə edin.
- Badımcanları iki yerə kəsin, içini çıxardın.
- Badımcanlardan çıxarılan içini doğrayın, tərəvəzlərlə qarışdırın, limon şirəsi və duz-istiot qatın.
- Alınmış qarışıqla badımcanların içini doldurun, üzərinə qalan yağ gəzdirin, tavaya qoyun.
- 180 dərəcə temperaturda 45 dəqiqə sobada bişirin.
- Süfrəyə verilmə:Süfrəyə isti-isti, ən yaxşısı qatığla verilir.
Nuş Olsun!
ən son şərh