Iki rəngli rəvani

Iki rəngli rəvani

Ərzaqlar

  • 250 gr ərimiş kərəyağı

     

  • 1 su stəkanı şəkər

     

  • 3 yumurta

     

  • 2 su stəkanı irmik

     

  • 1 su stəkanı un

     

  • 1 paket qabartma tozu

     

  • 1 paket vanil

     

  • Şərbəti üçün:

     

  • 3,5 su stəkanı şəkər

     

  • 3,5 su stəkanı su

     

  • 1/4limon suyu

     

  • Üzəri üçün;

     

  • 2 yemək qaşığı kakao

     

  • 2 yemək qaşığı qoz

     

  • Bəzəmək üçün:

     

  • Krem şanti

Hazırlanması

  1. Yumurtaları şəkərlə çırpın.
  2. ərimiş yağı əlavə edin və çırpmağa davam edin.
  3. İrmiği, unu, qabartma tozunu, vanili əlavə edin və qarışdırın.
  4. Yağlanmış orta ölçüdə bir soba qabına boşaldın və isidilmiş 200 dərəcəli sobada üzəri qızarana qədər bişirin.
  5.  əvvəlcədən qaynatdığınız ilıq şərbəti, sobadan çıxan şirniyyatın üzərinə tökün.
  6. Şirniyyat şərbəti yaxşı çəkəndə, bir qəlib və ya stəkan köməyi ilə dairəvi hissələr kəsib çıxarın.
  7. Kənarlarında qalan şirniyyat parçalarını bir kasaya qoyun.
  8. İçinə kakao və qoz əlavə edib qarışdırın.
  9. Bu kakaolu qarışımı, dairəvi şirniyyatların üzərinə düzgün şəkildə yerləşdirin.
  10. Krem şanti ilə bəzəyib servis edin.

Nuş olsun!

İki rəngli rəvani  çox sevilən şirniyyatdır.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10