Hürrəm gözü şirniyyatı

Hürrəm gözü şirniyyatı

Ərzaqlar

  • Muhallebisi üçün; 
  • 1 litr süd 
  • 1 su stəkanı un
  • 1.5 su stəkanı şəkər
  • 1 paket vanil

     

  • 125 qram kərəyağı 
  • Jelesi üçün; 
  • 1 paket kivi jelesi 
  • 1-2 ədəd kivi 
  • 5-6 ədəd peçenye 
  • Bəzəmək üçün; 
  • Fındıq

Hazırlanması

  1. Jeleni qutu üzərində yazılan şəkildə hazırlayırıq.
  2. Daha sonra kiçik kasaların dibinə jeledən tökürük və ortasına kivi dilimi yerləşdiririk və soyuducuya qoyuruq, muhallebini hazırlayırıq.
  3. Muhallebi üçün əvvəlcə kərəyağını əridirik içinə unu töküb qovururuq, rəngi dönənə qədər.
  4. Daha sonra südü əlavə edib, qarışdırırıq.
  5. Süd ilıq olanda şəkəri əlavə edirik, əriyənə qədər  qarışdırırıq.
  6. Qazdan götürdükdən sonra vanili tökürük.
  7. Daha sonra kasaların digər yarısına muhallebini əlavə edirik ortasına 1 ədəd peçenye yerləşdiririk.
  8. Prosesi ərzaqlar bitənə qədər təkrarlayırıq.
  9. Soyuducuda 2-3 saat saxlayıb servis edirik.
  10. Bəzəmək üçün biz fındıqdan istifadə etdik.

Nuş olsun!

Hürrəm gözü şirniyyatı çətin olmasa da hazırlanması zaman alan şirniyyatlardandır.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10