
Hürrəm gözü şirniyyatı
Ərzaqlar
- Muhallebisi üçün;
- 1 litr süd
- 1 su stəkanı un
- 1.5 su stəkanı şəkər
- 1 paket vanil
- 125 qram kərəyağı
- Jelesi üçün;
- 1 paket kivi jelesi
- 1-2 ədəd kivi
- 5-6 ədəd peçenye
- Bəzəmək üçün;
- Fındıq
Hazırlanması
- Jeleni qutu üzərində yazılan şəkildə hazırlayırıq.
- Daha sonra kiçik kasaların dibinə jeledən tökürük və ortasına kivi dilimi yerləşdiririk və soyuducuya qoyuruq, muhallebini hazırlayırıq.
- Muhallebi üçün əvvəlcə kərəyağını əridirik içinə unu töküb qovururuq, rəngi dönənə qədər.
- Daha sonra südü əlavə edib, qarışdırırıq.
- Süd ilıq olanda şəkəri əlavə edirik, əriyənə qədər qarışdırırıq.
- Qazdan götürdükdən sonra vanili tökürük.
- Daha sonra kasaların digər yarısına muhallebini əlavə edirik ortasına 1 ədəd peçenye yerləşdiririk.
- Prosesi ərzaqlar bitənə qədər təkrarlayırıq.
- Soyuducuda 2-3 saat saxlayıb servis edirik.
- Bəzəmək üçün biz fındıqdan istifadə etdik.
Nuş olsun!
Hürrəm gözü şirniyyatı çətin olmasa da hazırlanması zaman alan şirniyyatlardandır.
ən son şərh