
Holland üsulu almalı tart
Ərzaqlar
- 1 yumurta
- 1 su stəkanı şəkər
- 200 qram Marqarin vəya duzsuz kərəyağı
- 2.5 su stəkanı un
- qabartma tozu
- Vanil
- Galeta unu
- 1 kq alma (6 ədəd orta büyüklükdə)
- 1 qaşıq darçın
Hazırlanışı
- keks qabına marqarin çəkirik.
- Daha sonra bir qabda, yumurta, şəkər, un, margarin və qabartma tozunu yoğururuq.
- Yoğurma bitəndə xəmirdən bir parça götürüb üzəri üçün ayırırıq.
- Daha sonra almaları soyub küp şəklində kvadrat formada dilimləyirik.
- almaların üzərinə vanil, şəkər və darçın əlavə edib qarıdırırıq.
- Xəmirdən kiçik hissələr götürüb keks qabına yapıb, galeta unu elavə edirik.
- Daha sonra almaları töküb, üzəri üçün ayırdığımız xəmirləri 8 ədəd uzunsov formada edib üzərinə düzürük.
- 160 dərəcədə 1 saat bişiririk.
Nuş Olsun!
Holland üsulu almalı tart meyvəli şirniyyatdır.
ən son şərh