Hinduşkalı Sarma

Hinduşkalı Sarma

Hinduşkalı Sarma

Ərzaqlar

  • Hinduşka filesi – 150-200 q.
  • Tomat pastası – 2 x. q
  • Soğan – 2 ədəd
  • Kartof – 4 ədəd
  • Pomidor – 2 ədəd
  • Bibər – 1 ədəd
  • Göyərti
  • Azərduz yodlu narın xörək duzu,istiot

    Üzəri üçün:

  • 4 ədəd hazır yuxa
  • 2 ədəd yumurta
  • Əridilmiş yağ
  • Xama

Hazırlanması

  1. Kartofları doğrayıb,yumşalana kimi bişiririk.
  2. Suyuna azca duz atırıq.
  3. Fileni də kartof kimi doğrayırıq, üstünə soğan və bibəri xırda-xırda doğrayıb əlavə edirik.
  4. Duzlayıb, istiotlayıb yağda yumşalana kimi qızardırıq.
  5. Xamayla yumurtanı qarışdırırıq.

     

  6. Lavaşların hər iki üzünə bu qarışımdan çəkirik.
  7. Qazanı isidib, dibini yağlayırıq.
  8. Lavaşları səliqə ilə qazana düzürük.
  9. Bişmiş kartofla fileni qarışdırıb üstünə göyərti və pomidoru əlavə edirik.
  10. Qazana sərdiyimiz lavaşın üzərinə bu qarışıqdan töküb lavaşın yarısını örtürük.
  11. Daha sonra qarışığın ikinci hisəsini də töküb lavaşla üzərini örtürük.
  12. Qazanı ağzı açıq halda qoymaq şərtilə öncədən  200 dərəcəyədək qızdırılmış sobada 20-25 dəq bişiririk.
  13. Gözəl və şahlara layiq yeməyimiz hazırdır.  Nuş olsun!

Hakkında:  Bişirilməsi asan olmasada çox ləzzətli yeməklərdən sayılır.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10