Heyvalı və Zəfəranlı Toyuq

Heyvalı və Zəfəranlı Toyuq

Heyvalı və Zəfəranlı Toyuq

Ərzaqlar:

  •  4 ədəd orta boy heyva (təxminən 1 kg)
  •  6 qaşıq duru yağ
  •  2 çay qaşığı zəfəran teli
  •  1.5 kg kiçik parçalara bölünmüş sümüksüz toyuq əti (mən sümüksüz bud əti alıram, döş əti ilə də ola bilər)
  •  1 ədəd doğranmış orda boy baş soğan
  •  0.5 stəkan suda həll olunmuş 2 xörək qaşığı tomat
  •  10 ədəd quru qavalı
  •  zövqə görə duz
  •  zövqə görə istiot


Hazırlanması:

  1.  Zəfəran tellərini həvəngdəstə vasitəsiylə döyün və toz halına gətirin. Bir-iki xörək qaşığı isti suda həll edin.
  2. Heyvanın qabığını soymadan dilimləyin. Dilimlər orta qalınlıqda olmalıdır.
  3. Tavada yağı qızdırın və heyvaları əlavə edib arada qarışdıraraq təxminən 5 dəqiqə ərzində qızardın. Sonra zəfəran dəmini əlavə edib 5 dəqiqə də bişirin. Arada qarışdırın ki, heyva zəfəranı çəksin. Kənara qoyun.
  4. İri tavada qalan yağı qızdırın və toyuğu əlavə edərək təxminən 5 dəqiqə ərzində bişirin.
  5. Sonra bu tavaya soğanı əlavə edin və birlikdə 6-7 dəqiqə bişirin. Toyuq sulanmağa başlayanda, suda həll olunmuş tomatı əlavə edin. 10-15 dəqiqə, tavanın suyu çəkilib bir qədər qatılaşana qədər bişirin. Bu mərhələdə toyuq hardasa bişmiş, amma tamamilə bişmiş olmamalıdır.
  6. Toyuğa heyvaları və quru gavalını əlavə edin. Zövqə görə duz və istiot vurun. Vam odda, qapağı örtülü, toyuq və heyva yumuşalana qədər (heyva diri qalmalıdır) bişirin.

Nuş Olsun!

Hakkında:  Çox sevilən və fərqli dada malik olan heyvalı və zəfəranlı toyuq İran məbəxinə aiddir.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10