Hazır paxlava yuxası ilə dolma

Hazır paxlava yuxası ilə dolma

Ərzaqlar

  • 1 kg.hazır paxlava yuxası

     

  • 400 gr. Qoz

     

  • 100 gr kərəyağı

     

  • 1 su stəkanı duru yağ

     

  • 3.5 su stəkanı su

     

  • 4 su stəkanı şəkər

     

  • Limon suyu

Hazırlanması

  1. Mən iki çeşid şirniyyat hazırladım.
  2. Bir dolma şirniyyatı , ikincisi isə burma paxlava.
  3. Dolma şirniyyatına təxmini 6-8 qat yuxanın baş tərəfinə qozları sərək və rulon edək. 3 sm enində dilimlərə kəsərək boşqaba düzün.

     

  4. Burma paxlavası isə tək yuxaya qoz səpib oxlov ilə bükərək büzür.

     

  5. Üzərinə əridilmiş kərəyağını və duru yağını töküb 200 dərəcəlik sobada qızarana qədər bişirin.

     

  6. Biri isti, biri soyuq olacaq şəkildə şərbətini tökək.

     

  7. 2 saat sonra şirniyyatımız servisə hazırdır.

Nuş olsun!

Hazır paxlava yuxası çətin hazırlanan şirniyyat növüdür.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10