Hamsi (kilkə) Dolması

Hamsi (kilkə) Dolması

Hamsi (kilkə) Dolması

Ərzaqlar

  • 1 kiloqram kilkə balığı
  • 1 baş quru soğan
  • 0,5 dəstə incə doğranmış ispanaq
  • 2 diş döyülmüş sarımsaq
  • Qara bibər
  • Pul bibər
  • Duz

    Qızartmaq üçün:

  • 2 yumurta
  • 2 stəkan qarğıdalı unu və ya adi un
  • 0,5 stəkan günəbaxan, kərə və ya zeytun yağı

Hazırlanması

  1. Kilkə balıqlarının başlarını və qılçıqlarını ayırın, yuyun, duzlayın və suyunun süzülməsi üçün süzgəcə qoyun.
  2. Soğanı incə şəkildə doğrayın, ispanaq, sarımsaq və bibər əlavə edib qarışdırın.
  3. Təmizlənmiş və ortadan ayrılmış kilkənin içinə həmin qarışığından bir çay qaşığı qoyun, sonra balığın açılmış qarnını birləşdirin.
  4. Kilkəni əvvəlcə una, sonra da çırpılmış yumurtaya batıraraq qızğın yağda qızardın.
  5. Kilkə dolması süfrəyə verilərkən qırmızı soğan, kiçik duzlu xiyar və ya kahı əlavə edilərsə, daha dadlı alınar.

     

Haqqında: Türkiyənin Qara dəniz sahillərində ən sevilən yeməklərdən biridir və “hamsi dolması” adı ilə məşhurdur. Nuş olsun!

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10