Halley tort

Halley tort

Ərzaqlar

  • Keks xəmiri üçün; 
  • 4 yumurta 
  • 1 su stəkanı şəkər 
  • 1 çay stəkanı duru yağ 
  • 1 çay stəkanı süd 
  • 1 paket qabartma tozu 
  • 1 paket vanil 
  • Aldığı qədər un (təqribən 2 su stəkanı ) 
  • Sousu üçün; 
  • 2 su stəkanı süd 
  • 4 yemək qaşığı şəkər 
  • 4 yemək qaşığı kakao 
  • Kremi üçün; 
  • 1 paket vanilli vəya kakaolu cremole 
  • 2,5 su stəkanı süd 
  • Üzəri üçün; 
  • kokos

Hazırlanması

  1. Keks xəmiri üçün yumurta və şəkər qarışdırıldıqdan sonra süd və duru yağı əlavə edib qarışdırın.
  2. Daha sonra qabartma tozu vanil və unu qataraq xəmiri yağlı kağız sərilmiş orta ölçüdə qazana  tökün.
  3. Əvvəlcədən isidilmiş sobada 175 dərəcədə bişirin.
  4. Sousu üçün süd, şəkər və kakaonu qarışdırın.
  5. Keks bişəndə sobadan götürüb soyumağa qoyun.
  6. Cremoleyi 2,5 su stəkanı südlə hazırlayın.
  7. Soyuyan keksi kvadrat dilimlər halında kəsin və sousa batırın.
  8. Bu şəkildə hazırlayıb sousa batırdığınız keks dilimlərini soyuducuda 2 saata qədər saxlayın.
  9. Soyuducuda soyutduğunuz keksləri bıçaqla eninə ikiyə ayırın və aralarına krem çəkin, kokosa bulayıb üzərini istədiyiniz kimi bəzəyin.

Nuş olsun!

Halley tortu asan hazırlanan şirniyyatdır.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10