
Gürcü Xəngəli
Gürcü Xəngəli
Ərzaqlar:
Xəmir üçün:
- 3 st. un
- 1 st. su
- 1 yumurta
- duz
İç üçün:
- 250 qr. yağlı qoyun əti
- 200 qr. mal əti
- 3 baş soğan
- qırmızı və qara istiot
- su, duz
Hazırlanması
- Ələnmiş una ilıq su,yumurta,duz əlavə edib xəmir yoğrulur və 20-30 dəqiqəlik dincəlməyə qoyulur.
- İç üçün ət soğanla birlikdə maşından keçirilir,üzərinə su əlavə edilərək bişirilir,duz və istiotlat vurulur.
- Xəmir kiçik hissələrə ayrılır, kündələnir. Hər kündə yayılaraq içinə qiymə qoyulur.
- Böyük kündə yayıb şəkildəki kimi də kəsib içlərini doldura bilərsiniz.
- Xəmirin kənarı bükülür.
- Hazır xingəllər ağzı qapalı qazanda əvvəlcədən qaynadılmış duzlu suda 11-15 dəqiqə bışırilir.
Nuş Olsun!
Hakkında: Bu xörək növü nəinki Gürcüstanda, Azərbaycanda və digər ölkələrdədə çox sevilir.
ən son şərh