Gürcü paxlavası

Gürcü paxlavası

Ərzaqlar

  • 200 qram kərə yağı

     

  • 0,5  su stəkanı şəkər

     

  • 0,5 su stəkanı xama

     

  • 3 yumurta sarısı

     

  • 5 yumurta ağı

     

  • 3 su stəkanı un

     

  • 1 paket qabartma tozu

     

  • 400 qram qoz ləpəsi

     

  • 1 xörək q. hil

     

  • Şəkər tozu zövqə görə

     

  • Iç üçün:

     

  • 1,5 su stəkanı şəkər

     

  • Üzərinə:

     

  • 2 yumurta sarısı

Hazırlanması

  1. Unu qabartma ilə qarışdırın.
  2. Yağ və 3 yumurta sarısı, xama əlavə edin və xəmir hazırlayın.
  3. 20 dəqiqə sobada saxlayın və 2 hissəyə bölün.
  4. Iç hazırlamaq üçün qozu xırda doğrayın.
  5. Yumurta ağını bərkiyənə qədər mikserlə çalın, şəkər əlavə edin və qozla qarışdırın.
  6. Soba qabını yağlayın.
  7. Xəmiri qaba yayın, üstünə içi çəkin və o biri kündəni də yayıb üstünə qoyun.
  8. Üzərinə çalınmış yumurta sarısı çəkin.
  9. Kvadrat formada qabın içində doğrayın.
  10. Əvvəlcədən isdilmiş 190 dərəcəli sobada 35 dəqiqə bişirin.
  11. Hazır olduqda üstünə hil və şəkər tozu səpin.

Nuş olsun!

Gürcü paxlavası paxlava sevənlərin əsl ağız dadına uyğun şirniyyatdır.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10