Güllaç Tortu

Güllaç Tortu

Güllaç Tortu

Ərzaqlar

  • 8 Yarpaq güllaç
  • 8 Su stəkanı süd
  • 1,5 Su stəkanı şəkər
  • 3 Şorba qaşığı gül suyu
  • 1 Su stəkanı hindistan qozu
  • 1 Çay stəkanı pudra şəkəri
  • İçi Üçün:
  • 6 Alma
  • 1 Çay stəkanı şəkər
  • 1 Çay qaşığı darçın
  • Sousu Üçün:
  • 1 Paket çöl qarağatı
  • 3 Şorba qaşığı şəkər

Hazırlanması

  1. Qazanda südü ilıq olacaq qədər istilətdikdən sonra içinə 3-4 şorba qaşığı gül suyu əlavə edib qarışdırırıq.
  2. Almaları rəndələyib, şəkəri də əlavə edib qazanda bişiirirk sonra darçını içinə əlavə edib qarışdırırıq.
  3. Bir ədəd güllaç yarpağını bir neçə parçaya ayırıb süd ilə isladıb kasanın alt qisiminə bir az qoyuruq üzərinə almalı harçtan əlavə onun da üzərinə kokos və pudra şəkəri töküb digər parçaları da üzərinə əlavə edirik.
  4. Üzərinə bir çömçə daha süd tökdükdən sonra soyumağa buraxırıq ..
  5. Sousu üçün isə, çöl qarağatını 3 şorba qaşığı şəkər ilə öz suyu ilə qazanda bişiririk.
  6. Kasada kı güllaçları tərs çevirərək qaba qoyuruq.
  7. Bişən sousu üzərinə töküb süfrəyə təqdim edirik.  Nuş Olsun.

Hakkında: Hazırlanması çox asan olan bu şirniyyatın dadını bəyənəcəyinizə əminik.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10